Azərbaycanda eyni həkimin ikinci pasiyenti doğuş zamanı ölüb

Azərbaycanda eyni həkimin ikinci pasiyenti doğuş zamanı ölüb Hadisə Lənkəran rayon Mərkəzi Xəstəxanasında baş verib
Sağlamlıq
4 Fevral , 2015 10:30
Azərbaycanda eyni həkimin ikinci pasiyenti doğuş zamanı ölüb

Bakı. 4 fevral. REPORT.AZ/ Lənkəran rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində ölüm hadisəsi baş verib.

Xəstəxanadan "Report"a verilən xəbərə görə Cəlilabadın Alar kənd sakini 1986-cı il təvəllüdlü Nuriyeva Rəhimə Şahəli qızı doğuş zamanı dünyasını dəyişib.

Doğuşu qeysəriyə əməliyyatı ilə mama-ginekoloq Mehparə Rufullayeva həyata keçirib. Yeni doğulan körpənin vəziyyəti yaxşıdır.

Qeyd edək ki, bu, son dörd ayda M.Rufullayevanın faciəli şəkildə dünyasını dəyişən ikinci pasiyentidir. Belə ki, 2014-cü ilin oktyabr ayında Astara rayonu, Ərçivan kənd sakini, 1980-cı il təvəllüdlü Xoşqədəm Yədulla qızı Məmmədova üzərində aparılmış qeysəriyyə əməliyyatından sonra ölüb. Həmin vaxt da əməliyyatı doğum şöbəsinin mama-ginekoloqu Mehparə Cəzail qızı Rufullayeva edib.

Son xəbərlər

Orphus sistemi