Azərbaycanda eşitmə və görmə qabiliyyətini itirən uşaqların sayı açıqlanıb

Azərbaycanda eşitmə və görmə qabiliyyətini itirən uşaqların sayı açıqlanıb Eşitmə qabiliyyətini tamamilə itirən uşaqların sayı isə 1 204 nəfərdir
Sağlamlıq
27 Noyabr , 2015 10:47
Azərbaycanda eşitmə və görmə qabiliyyətini itirən uşaqların sayı açıqlanıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanda 16 mindən çox zəif görən uşaq var. Dövlət Statistika Komitəsindən "Report"a verilən xəbərə görə, onların sayı keçən il üçün 16 381 nəfər təşkil edib.

Həmin uşaqlar arasında üstünlük təşkil edən yaş qrupu 11-17 yaşlılardır. 574 uşaq isə görmə qabiliyyətini tamamilə itirib.

Eşitmə qabiliyyətini tamamilə itirən uşaqların sayı isə 1 204 nəfərdir. Zəif eşidənlərin sayına gəlincə, bu rəqəm 3 329 nəfərdir.

Bundan başqa, 6 152 uşağın nitqində qüsur var. Eyni zamanda, 5 190 uşaq əqli cəhətdən zəif inkişaf edib.

5 220 uşaqda isə skolioz xəstəliyi (onurğa sümüyünün əyilməsi) qeydə alınıb. Bununla yanaşı, Azərbaycanda poliomielit və serebral iflic qalığı olan 3 871 uşaq var.  

Son xəbərlər

Orphus sistemi