Azərbaycanda əhalinin 100 000-dən 1002-si psixi problemlərdən əziyyət çəkir

Azərbaycanda əhalinin 100 000-dən 1002-si psixi problemlərdən əziyyət çəkir İl ərzində 5000-dən çox insan bu xəstəliklə qeydiyyata alınır
Sağlamlıq
18 Noyabr , 2016 14:39
Azərbaycanda  əhalinin 100 000-dən 1002-si psixi problemlərdən əziyyət çəkir

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanda müalicə-profilaktika müəssisələrində 96 079 nəfər psixi problemlərdən əziyyət çəkən insan qeydiyyatdadır.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəriciyə görə əhalinin hər 100 000 nəfərindən 1002,3 nəfəri psixi problemlərdən əziyyət çəkir.

Qeyd edək ki, ötən il ərzində ölkədə ilk dəfə qoyulan diaqnozla psixi xəstə kimi qeydə alınanların sayı 5107 nəfər olub. Bu da əhalinin hər 100 mininə 53,6 nəfər edir.  

Son xəbərlər

Orphus sistemi