Azərbaycanda dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin üzərinə yeni öhdəlik qoyulub

Azərbaycanda dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin üzərinə yeni öhdəlik qoyulub Bununla bağlı “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilib
Sağlamlıq
6 İyul , 2017 09:45
Azərbaycanda dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin üzərinə yeni öhdəlik qoyulub

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanda dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələri mühasibat uçotunu aparmaqla yanaşı maliyyə hesabatlarını tərtib edəcəklər.

"Report"un xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

Nizamnamənin "Müəssisənin vəzifələri" bölməsində 3.1.23 yarımbəndinə edilən dəyişikliyə əsasən, Azərbaycanda dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələri maliyyə hesabatlarını da tərtib edəcəklər.

İndiyədək isə tibb müəssisələri yalnız mühasibat uçotunu aparır, dövlət hesabat məlumatlarını toplayır, ümumiləşdirir, təhlil edir və müvafiq dövlət orqanlarına təqdim edirdi.

Son xəbərlər

Orphus sistemi