Dövlət hesabına dərmanla təmin olunan xəstələrin sayı açıqlanıb

Dövlət hesabına dərmanla təmin olunan xəstələrin sayı açıqlanıb Azərbaycanda dövlət hesabına dərman preparatları ilə təmin olunan xəstələrin sayı açıqlanıb.
Sağlamlıq
30 Dekabr , 2019 14:23
Dövlət hesabına dərmanla təmin olunan xəstələrin sayı açıqlanıb

Azərbaycanda dövlət hesabına dərman preparatları ilə təmin olunan xəstələrin sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində keçirilən geniş tərkibli kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, hazırda 2700-dən çox xəstənin dövlət hesabına dərman preparatları ilə təminatı həyata keçirilir: "Beləliklə də, əvvəllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşıb və bəzi hallarda sağalması mümkün olub. Müqaisə üçün qeyd etmək lazımdır ki, 10 il öncə bu xəstəlik üzrə Dövlət Proqramı yox idi və cəmi 3 adda dərman preparatı humanitar yardım çərçivəsində yalnız 400-ə yaxın xəstəyə verilirdi. Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olub".

Son xəbərlər

Orphus sistemi