Yuxarı

​Azərbaycanda daha bir tibb müəssisəsinə orqan transplantasiyası aparmaq hüququ verilib

Bununla bağlı baş nazir qərar imzalayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasizadə "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişiklik edib. "Report" xəbər verir ki, dəyişiklik Səhiyyə Nazirliyinin təklifi nəzərə alınmaqla imzalanıb.

Dəyişikliklə daha bir tibb müəssisəsinə orqan transplantasiyası aparmaq hüququ verilib. Belə ki, bu qərardan sonra Respublika Talasemiya Mərkəzi sümük iliyi transplantasiyasını aparmaq hüququna malik olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi