Azərbaycanda bu il qeydə alınan qida zəhərlənməsinin sayı açıqlanıb

Azərbaycanda bu il qeydə alınan qida zəhərlənməsinin sayı açıqlanıb Ən çox böyüklər həkimə müraciət ediblər
Sağlamlıq
2 Dekabr , 2014 14:12
Azərbaycanda bu il qeydə alınan qida zəhərlənməsinin sayı açıqlanıb

Bakı. 2 dekabr. REPORT.AZ/ "Cari ilin 10 ayı ərzində ölkədə 1188 qida zəhərlənməsi qeydə alınıb". Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, qida zəhərlənməsi halları ən çox ev şəraitində hazırlanan qidalara aid olub: "Həmin qidalar ev şəraitində hazırlandığına görə, ən çox böyüklər həkimə müraciət ediblər".

İ.Abdullayev əlavə edib ki, bu il üçün heç bir şadlıq evində kütləvi qida zəhərlənməsi halları qeydə alınmayıb. 

Son xəbərlər

Orphus sistemi