Yuxarı

Azərbaycanda “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” elektron xidməti istifadəyə verilib

İyunun 1-dən elektron xidmətin Bakı şəhəri üzrə tam istifadəyə verilməsi nəzərdə tutulub

Bakı. 21 may. REPORT.AZ/ “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” elektron xidməti istifadəyə verilib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yeni elektron xidmət vasitəsilə 18 yaşına çatmamış uşaqların valideynləri uşağın qeydiyyatda olduğu uşaq poliklinikasına getmədən, “Elektron səhiyyə” internet portalından həkim qəbuluna yazılma və ya evə çağırış üçün müraciət edə bilərlər.

Bunun üçün uşağın valideynləri esehiyye.az saytının “Elektron xidmətlər” bölməsinə daxil olub “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” xidmətindən istifadə edə bilərlər.

Hal-hazırda “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” elektron xidmətinə Yasamal rayonunda yerləşən 5, 10, 13 saylı Uşaq Poliklinikalarında və 39 saylı Şəhər Poliklinikasında qeydiyyatda olan şəxslər müraciət edə bilərlər.

Elektron xidmətin Bakı şəhəri üzrə tam istifadəyə verilməsi iyunun1-dən nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi