​Azərbaycanda 65 yaşdan yuxarı olan qadınların 0,1 faizi siqaret çəkir

​Azərbaycanda 65 yaşdan yuxarı olan qadınların 0,1 faizi siqaret çəkir Qadınlar orta hesabla gündə 10, kişilər isə 16,2 ədəd siqaret çəkirlər
Sağlamlıq
11 İyun , 2016 13:57
​Azərbaycanda 65 yaşdan yuxarı olan qadınların 0,1 faizi siqaret çəkir

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanda siqaret çəkən qadınlar orta hesabla gündə 10, kişilər isə 16,2 ədəd siqaret çəkirlər.

Bu barədə "Report" Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

2014-cü ildə ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-64 yaşlı qadınlar arasında siqaret çəkmə halı qeydə alınmayıb. Bu yaş qrupunda olan kişilərin 0,9 faizi, 20-44 yaş qrupunda olan kişilərin 29,6 faizi, 45-64 yaş qrupu arasında olanların 51,2 faizi, 65 və yuxarı yaşda olan kişilərin isə 36,6 faizi siqaret çəkir.

65 və yuxarı yaşda olan qadınların isə 0,1 faizi siqretdən istifadə edir.

Əhalinin 35,9 faizi siqaret çəkir ki, bunun da mütləq əksəriyyətini 15 və daha yuxarı yaşda olan kişilər təşkil edir.

Son xəbərlər

Orphus sistemi