Yuxarı

Azərbaycanda 400-ə yaxın qadın sifilis xəstəliyindən əziyyət çəkir

Ötən il 698 xəstə ilk dəfə qoyulan süzənək diaqnozu ilə qeydə alınıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanda sifilis və süzənək diaqnozu qoyulan xəstələrin sayında artım müşahidə olunur. Dövlət Statistika Komitəsindən "Report"a verilən xəbərə görə, ötən il üçün ilk dəfə qoyulmuş sifilis diaqnozu ilə qeydə alınan xəstələrin sayı 546 nəfər təşkil edib. Bu rəqəm 2013-cü ildə 463 nəfər olub.

Məlumata görə, xəstələrin 340 nəfərini kişilər, 206-nı isə qadınlar təşkil edib. Bundan başqa, keçən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı isə ümumilikdə 1 024 nəfər olub. Bunun da 639-u kişi, 385-i qadındır.

Eyni zamanda, keçən il 698 xəstə (2013-cü il 563) ilk dəfə qoyulmuş süzənək diaqnozu ilə qeydə alınıb. Onlardan 555-i kişi, 143-ü qadındır. Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayına gəlincə, bu ümumilikdə 148 nəfər olub. Bunun da 118-i kişi, 30-u isə qadındır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi