Azərbaycanda 15 yaşdan yuxarı siqaret çəkənlərin sayı açıqlanıb

Azərbaycanda 15 yaşdan yuxarı siqaret çəkənlərin sayı açıqlanıb İSİM rəsmisi: "Sorğunun nəticəsinə görə, yeniyetmələrin 32,6%-i 10 yaşadək siqaret çəkib"
Sağlamlıq
31 May , 2017 11:29
Azərbaycanda 15 yaşdan yuxarı siqaret çəkənlərin sayı açıqlanıb

Bakı. 31 may. REPORT.AZ/ "Azərbaycanda ötən il 15 yaşdan yuxarı kişilərin 35,5 %-i siqaret çəkib".

"Report" xəbər verir ki, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib.

Onun sözlərinə görə, ölkədə ağciyər xərçəngindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də tütünçəkmə ilə bağlı risk amilləri mövcuddur: "Kişilərin 77%-i ictimai yerlərdə, qadınların isə 41%-i evdə tütün tüstüsünün təsirinə məruz qalır. 40% insan siqareti evdə çəkərək ailə üzvlərinə təhlükə törədir".

İSİM rəsmisi bildirib ki, ölkədə ötən il üçün iki mindən çox 13-15 yaşlı yeniyetmələr arasında aparılan sorğu zamanı passiv tütünçəkmə ilə bağlı rəqəmlərin 50% artdığı məlum olub: "Belə ki, Azərbaycanda yeniyetmələrin 10,3%-i (əsasən oğlanlar) nə vaxtsa siqaret çəkib, onların 32,6%-i 10 yaşadək bunu edib, 7,3%-i isə tütün məmulatlarından istifadə edir. 28,8% evdə, 40,8% qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Siqaret çəkənlərin 64,8%-i mağazadan siqaret alıb. Siqaret çəkməyənlərin 8%-i növbəti il siqaret çəkməyə başlaya bilər. 19% düşünür ki, siqaret çəkənin daha çox dostları olur və 29,2% düşünür ki, onlar daha cəlbedici görünür. 32,5% isə düşünür ki, siqaret vitrinləri gəncləri siqaret çəkməyə həvəsləndirir".

T.Musayev əlavə edib ki, tütün tüstüsünün yaratdığı xəstəliklərdən dünyada hər il 6 milyondan çox insan vəfat edir: "Bunlardan 10%-i passiv tütünçəkmədən ölür. Dünya əhalisinin 30%-i siqaret çəkir. Avropa regionu dünyada 28%-lə I yerdədir. Dünyada uşaqların 50%-i tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alırlar. Tütün tüstüsünün təsiri nəticəsində dünyada hər il 200 min insan həlak olur".

Son xəbərlər

Orphus sistemi