Azərbaycanda 1 753 tibb işçisi səfərbər edilib

Azərbaycanda 1 753 tibb işçisi səfərbər edilib Azərbaycanda koronavirusla əlaqəli tibb müəssisələrində çalışmaq üçün 1 753 tibb işçisi səfərbər edilib. Onlardan 720 nəfəri tibb bacısıdır.
Sağlamlıq
15 May , 2020 17:45
Azərbaycanda 1 753 tibb işçisi səfərbər edilib

"Azərbaycanda koronavirusla əlaqəli tibb müəssisələrində çalışmaq üçün 1 753 tibb işçisi səfərbər edilib. Onlardan 720 nəfəri tibb bacısıdır".

“Report” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri bildirib ki, modul tipli xəstəxanalar üçün də heyət hazırlanır: "Virusla mübarizə üçün tibbi heyətin 3 000 min nəfərə çatdırılması planlaşdırılır".

O qeyd edib ki, məhdudiyyətlərin aradan qaldırılmasından sonrakı mərhələ təhlil edilir: "Bundan sonrakı mərhələ üçün qərarlar qəbul ediləcək".

Son xəbərlər

Orphus sistemi