Yuxarı

Azərbaycan vətəndaşları Gürcüstanda koronavirusa görə xəstəxanaya yerləşdirilib?

Azərbaycan vətəndaşları Gürcüstanda koronavirusa görə xəstəxanaya yerləşdirilib?

905

© Pexels.com

Azərbaycan vətəndaşlarının koronavirus ehtimalı ilə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilməsi barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə hələlik məlumat daxil olmayıb.

Bu barədə “Report”un Gürcüstan bürosuna səfirlikdən bildirilib.

Qeyd olunub ki, tibbi nəzarətə götürülən şəxslər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə məlumat dəqiqləşdirilir.

Gürcüstan mətbuatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə 10 pasiyentin yerləşdirilməsi barədə məlumat yayıb. Məlumata əsasən, pasiyentlər arasında Gürcüstan, Çin, İran və Azərbaycan vətəndaşları var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi