Yuxarı

Azərbaycan və İtaliya arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Yaxın zamanda italiyalı səhiyyə ekspertləri Azərbaycana gələcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Yaxın zamanda italiyalı səhiyyə ekspertləri Azərbaycana səfər edəcək. Səhiyyə Nazirliyindən "Report"a verilən xəbərə görə, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin italiyalı həmkarı Beatriz Lorenzlə görüşündə bununla bağlı razılıq əldə olunub. 

Səhiyyə naziri Oqtay Şirəliyev Milan şəhərində "Sağlamlıq və Qidalanma" mövzusunda keçirilən konfransda iştirak edib. Konfrans çərçivəsində italiyalı həmkarı ilə görüşən O.Şirəliyev ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin indiki vəziyyəti, 2010-cu ilin noyabrında imzalanan sazişin müddəalarının yerinə yetirilməsi və digər məsələləri müzakirə edib.

Görüşün sonunda hər iki qurum arasında 2016-2018 illər üçün səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb. Fəaliyyət Planının yerinə yetirilməsi üzrə müştərək işçi qrupun yaradılması və yaxın zamanda İtaliyalı ekspertlərin Azərbaycana səfəri razılaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi