Azərbaycan və İran arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Azərbaycan və İran arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub Görüşdə Azərbaycanda əczaçılıq zavodunun yaradılması perspektivlərinə xüsusi diqqət ayrılıb
Sağlamlıq
10 Mart , 2016 15:20
Azərbaycan və İran arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda səfərdə olan İranın səhiyyə nazirinin müavini Rəsul Binarvend azərbaycanlı həmkarı Elsevər Ağayevlə görüşüb.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və İran arasında səhiyyə sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məsələləri, eləcə də hər iki tərəfin həkimlərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin detalları müzakirə olunub.

Səfirlikdən onu da bildiriblər ki, görüşdə Azərbaycanda əczaçılıq zavodunun yaradılması perspektivlərinə xüsusi diqqət ayrılıb.

Son xəbərlər

Orphus sistemi