Azərbaycanda Ürək Çatışmazlığı Registrinin tətbiqinə başlanılıb

Azərbaycanda Ürək Çatışmazlığı Registrinin tətbiqinə başlanılıb Registr ilkin mərhələdə Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının bazasında təsis edilib
Sağlamlıq
16 Noyabr , 2015 11:58
Azərbaycanda Ürək Çatışmazlığı Registrinin tətbiqinə başlanılıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin noyabr ayından ölkədə Azərbaycan Ürək Çatışmazlığı Registrinin (AÜÇR) tətbiqinə başlanılıb. "Report" xəbər verir ki, registr Azərbaycan Tibb Universiteti (ATU) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlığı ilə gerçəkləşdirilir.

AÜÇR-in əsas məqsədi ürək çatışmazlığı diaqnozu ilə hospitalizasiya olunmuş və ambulator qaydada təqib olunan xəstələr haqda məlumatın, onların diaqnostika və müalicə nəticələrinin toplanılması və təhlilidir. Toplanılmış məlumatların analizi əsasında müalicəvi, diaqnostik, profilaktik, habelə reabilitasiya ilə bağlı qısa və uzun müddətli hədəf proqramların yaradılması və müdaxilə tədbirlərinin işlənib hazırlanması və icrası nəzərdə tutulub.

AÜÇR ilkin mərhələdə Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının (TTK) bazasında pilot olaraq Klinik Registr kimi təsis edilib. Klinikanın Ürək Mərkəzində Ürək Çatışmazlığı diaqnozu ilə müayinə və müalicə olunan xəstələrin qeydiyyatına başlanılıb. Bunun üçün ekspertlər qrupu tərəfindən xüsusi sorğu anketi hazırlanıb və online elektron forma şəklində proqramlaşdırılıb. 

Qeydiyyatdan keçən ürək çatışmazlığından əziyyət çəkən xəstələrin diaqnostikası və müalicəsində istifadə edilən strategiyalar, beynəlxalq kardioloji cəmiyyətlər və Səhiyyə Nazirliyinin təsdiq etdiyi klinik protokollarda yer almış tövsiyələrin tətbiqi qiymətləndiriləcək, nəticələr təhlil ediləcək və bu barədə elmi və ictimai səhiyyəyə dair dərgilərdə mütəmadi məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi