Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Tibb Universitetinin məzunu Çeçenistanın səhiyyə naziri təyin edilib

    Elxan Süleymanov Bakı Onkoloji Elmi Mərkəzində işləyib

    Bakı. 28 aprel. REPORT.AZ/ Çeçenistan Respublikasının rəhbəri vəzifəsinin icraçısı Ramzan Kadırov Azərbaycan Tibb Universitetinin (ATU) məzunu olan Elxan Süleymanovu yeni səhiyyə naziri təyin edib.

    "Report" xəbər verir ki, bu barədə o, öz "İnstagram" səhifəsində yazıb.

    "Bu gün mən yeni səhiyyə naziri təyin etdim. Bu vəzifəni təcrübəli həkim, səhiyyə təşkilatçısı, gözəl mütəxəssis Elxan Süleymanova həvalə etdim. Mən bir neçə ilə əvvəl onu Moskvadan Qroznıya gəlməyə və Onkoloji Dispanserə rəhbərlik etməyə razı salmışdım", — deyə o bildirib.

    Elxan Süleymanov ATU-nu fərqlənmə diplomu ilə bitirib. Təhsildən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib.

    Bundan əvvəl Çeçenistanın səhiyyə naziri Musa Əhmədov olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi