Azərbaycan regionlarında uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılıb

Azərbaycan regionlarında uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılıb Məqsəd psixi sağlamlıq xidmətlərinin əhali üçün əlçatanlığını təmin etməkdir
Sağlamlıq
20 Oktyabr , 2016 15:15
Azərbaycan regionlarında uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan regionlarında uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılıb. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bölmələrin yaradılmasına məqsəd psixi sağlamlıq xidmətlərinin əhali üçün əlçatanlığını təmin etməkdir.

Hazırda psixi sağlamlıq xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, yeni müalicə və reabilitasiya üsullarının tətbiqi istiqamətində bir sıra tədbirlər görülür. Belə ki, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Quba və Şirvan şəhərlərində psixi sağlamlıq bölmələri yaradılıb, müxtəlif ixtisaslı mütəxəssislər, o cümlədən həkim-psixiatrlar, psixoloqlar, loqopedlər, müalicəvi bədən tərbiyəsi və əmək terapiyası üzrə təlimatçılar treninqlərə cəlb olunublar.

Heydər Əliyev Fondunun dəstəyi ilə pilot layihəsi çərçivəsində bu ilin yaz aylarında Lənkəranda çalışan mütəxəssislər üçün nazirliyin Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları tərəfindən treninq aparılıb.

Bu ilin iyun-iyul aylarında Lənkəran, Sumqayıt və Gəncə şəhərlərinin mütəxəssisləri üçün Psixi Sağlamlıq Mərkəzində təşkil edilən treninq və təcrübə proqramında uşaq və yeniyetmələr üçün psixi sağlamlıq xidmətlərinin həyata keçirilməsi, yeni yanaşmalar və üsullara yiyələnməyi öyrənilib.

Treninq nəticəsində iştirakçılar müstəqil fəaliyyət göstərmək, müasir və effektli reabilitasiya tədbirlərini həyata keçirmək, psixoloji müdaxilələrə ehtiyacı olan uşaqlara yardım etmək, onların ailələri ilə işləmək və dəstəkləmək kimi xüsusiyyətlərə yiyələnəcəklər.

Son xəbərlər

Orphus sistemi