"Azərbaycan Milli Xərçəng Xəstəlikləri Registri" Beynəxalq Xərçəng Xəstəlikləri Assosiasiyasının üzvü olub

"Azərbaycan Milli Xərçəng Xəstəlikləri Registri" Beynəxalq Xərçəng Xəstəlikləri Assosiasiyasının üzvü olub Ölkənin bütün onkoloji xəstələrinə dair məlumatlar OnkoRegistrdə qeydiyyata alınır
Sağlamlıq
7 Yanvar , 2016 14:31
Azərbaycan Milli Xərçəng Xəstəlikləri Registri Beynəxalq Xərçəng Xəstəlikləri Assosiasiyasının üzvü olub

Bakı. 7 yanvar. REPORT.AZ/ Milli Onkoloji Mərkəzinin (MOM) nəzdində yaradılan "Azərbaycan Milli Xərçəng Xəstəlikləri Registri (OnkoRegistr)" Beynəlxalq Xərçəng Xəstəlikləri Assosiasiyasının üzvü qəbul edilib. Bu barədə "Report"a MOM-dan məlumat verilib.

Beynəlxalq Xərçəng Xəstəlikləri Assosiasiyası 1979-cu ildən Xərçəngin Tədqiqinə dair Beynəlxalq Agentliklə rəsmi tərəfdaşlıqda fəaliyyət göstərən və Ümumdünya Səhiyyə Təşkilatı ilə rəsmi münasibətlərdə olan təşkilatdır. Assosiasiyanın baş qərargahı Fransanın Lion şəhərində yerləşir.

Qeyd edək ki, "Azərbaycan Milli Xərçəng Xəstəlikləri Registri (OnkoRegistr)" keçən ilin iyunun 25-də Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin nəzdində ÜST-ün CanReg5 proqramından istifadə etməklə təsis edilib. Ölkənin bütün tibb müəssisələrində qeydiyyatda olan, müayinə və müalicə olunan onkoloji xəstələrə dair məlumatlar OnkoRegistrdə qeydiyyata alınır. 

Son xəbərlər

Orphus sistemi