Yuxarı

Azərbaycan Kardiologiya Cəmiyyətinə yeni sədr seçilib

Fərid Əliyev Ondokuz Mayıs Universitetinin Tibb fakültəsini bitirib

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının Ürək-Damar Mərkəzinin rəhbəri Fərid Əliyev Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri seçilib. Bu barədə "Report"a ATU-dan məlumat verilib. 

Xatırladaq ki, Ondokuz Mayıs Universiteti Tibb fakültəsini (Türkiyə) bitirən F.Əliyev təhsilini 2007-ci ilədək İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsində rezidentura pilləsində (Uzmanlık) davam etdirib. 2012-ci ildə isə Türkiyədə imtahanla alına biləcək ən üst elmi dərəcə - dosent elmi dərəcəsini alıb.

Elmi və həkimlik fəaliyyətinə Türkiyədə İstanbul Universitetində başlayan Fərid Əliyev 2009-cu ildən Azərbaycanda çalışır. O, 2013-cü ildən Azərbaycan Tibb Universitetində Daxili Xəstəliklər və Reanimatologiya Kafedrasında fəaliyyətini davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi