Avtobus qəzasında ağır xəsarət alan 4 nəfərdən biri özəl xəstəxanaya köçürülüb - FOTO

Avtobus qəzasında ağır xəsarət alan 4 nəfərdən biri özəl xəstəxanaya köçürülüb - FOTO Yaralılardan 9 nəfəri evə buraxılıb
Sağlamlıq
24 Fevral , 2016 13:48
Avtobus qəzasında ağır xəsarət alan 4 nəfərdən biri özəl xəstəxanaya köçürülüb - FOTO

Bakı. 24 fevral. REPORT.AZ/ Bakıda səhər saatlarında baş verən avtobus qəzasında xəsarət alan 4 nəfərdən biri özəl xəstəxanaya köçürülüb. Digər yaralıların vəziyyəti yüngül olduğu üçün onlar ev şəraitində müalicə üçün buraxılıblar. "Report"un xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiyasına yerləşdirilən 1960-cı il təvəllüdlü Münəvvər Xəlilova tibbi sığortası olduğu üçün özəl xəstənaya aparılıb.

Digər 3 xəstənin müalicəsi hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında davam etdirilir. Onlar 1981-ci il təvəllüdlü Ağayarov Sadıq Ağayar oğlu, 1986-cı il təvəllüdlü Səmədov Emil Siyasət oğlu və 1980-ci il təvəllüdlü Musayev Rəfail Məmməd oğludur.

Travmatologiyaya yerləşdirilən Sadıq Ağayarova hər iki baldırın əzilməsi, Emil Səmədova döş qəfəsinin küt travması, özəl xəstəxanaya köçürülən Münəvvər Xəlilovaya alın hematoması, döş qəfəsinin küt travması, qabırğaların sınığı, reanimasiyada olan Rəfail Musayeva isə sağ aşağı ətrafın əzilmiş yarası və sağ əlin kəsilmiş yarası diaqnozu qoyulub.

Qeyd edək ki, avtobus qəzası Nizami rayonu ərazisində baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 13 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi