Yuxarı
    Bağlamaq

    Avropada ilk “döyünməyən ürək” türkə köçürüldü

    İngiltərənin Kembric əyalətindəki cərrahlar Avropada ilk döyünməyən ürək transplantasiyasını uğurla həyata keçiriblər

    Bakı. 27 mart. REPORT.AZ/ İngiltərənin Kembric əyalətində cərrahlar Avropada ilk döyünməyən ürək transplantasiyası əməliyyatını uğurla həyata keçiriblər. "Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, ürək transplantasiyalarında adətən beyni ölmüş, lakin ürəyi hələ də döyünən donorun orqanından istifadə edilir.

    Lakin Kembric əyalətindəki Papvort xəstəxanasında 60 yaşlı Londonlu Hüseyin Ulucana köçürülən ürək artıq dayanmışdı. 

    Həkimlər deyirlər ki, bu kimi əməliyyatlar ürək transplantlarının çatışmazlığını 25 faiz azalda bilər.

    2008-ci ildə infarkt keçirmiş Ulucan deyib ki, əməliyyatdan əvvəl yeriyə bilmirmiş və çətinliklə nəfəs alırmış.

    İndi, əməliyyatdan bir neçə həftə sonra Hüseyin Ulucan özünü normal hiss etdiyini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi