AQTA sədri: "Abşeronda bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək"

AQTA sədri: "Abşeronda bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək" İlk olaraq Abşeron yarımadası “xəstəliklərdən azad zona” statusu alacaq və bu, hələlik pilot layihədir.
Sağlamlıq
17 May , 2019 13:15
AQTA sədri: Abşeronda bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
Report/ Elchin Murad

"İlk olaraq Abşeron yarımadası “xəstəliklərdən azad zona” statusu alacaq və bu, hələlik pilot layihədir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, xəstəlikdən azad zonanın yaradılması vacib məsələdir: "Layihə gələcəkdə Azərbaycanın bütün regionlarını əhatə edəcək. Qida təhlükəsizliyi göstəriciləri olan səhra labarotoriyaları da layihənin bir hissəsi olacaq".

Q.Təhməzli qeyd edib ki, həmin zonaların heyvan mənşəli xəstəliklərdən azad olunması üçün bu layihənin icrası mütləqdir: "Abşeron yarımadasının seçilməsi təsadüfi deyil. Beynəlxalq ekspertlər yerli mütəxəssislərlə birlikdə layihə üçün rəylərini verib. Rəylərə əsasən, Abşeron müvafiq zona seçilib. Çünki orada köçəri heyvanlar az olduğuna görə, xəstəliyin bir yerdən başqa yerə daşınmaması əmsalı daha yüksəkdir. Ona görə də Abşeronda bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək".

AQTA sədri bildirib ki, ölkəyə idxal olunan və burada doğulan heyvanın ölüm anına kimi keçirdiyi həyat tərzindəki bütün xəstəliklərin qeydiyyatı mümkün olacaq: "Bu da imkan verəcək ki, bilavasitə ət, süd məhsullarında təhlükəsizlik təmin olunsun".

Son xəbərlər

Orphus sistemi