AQTA: Karantin tətbiq edilən zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib

AQTA: Karantin tətbiq edilən zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişlərinin keçirdiyi monitorinqlər nəticəsində Masallı rayonunda Azərbaycan ərazisi üçün karantin sayılan Avstraliya şırımlı yastıcasının (Iceriya purchasi Maskell) yayıldığı müəyyən edilib.
Sağlamlıq
11 Dekabr , 2018 17:46
AQTA: Karantin tətbiq edilən zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişlərinin keçirdiyi monitorinqlər nəticəsində Masallı rayonunda Azərbaycan ərazisi üçün karantin sayılan Avstraliya şırımlı yastıcasının (Iceriya purchasi Maskell) yayıldığı müəyyən edilib. 

Agentlikdən "Report"a bildirilib ki, zərərli orqanizm əvvəllər Bakı şəhəri, Abşeron, Lənkəran və Astara rayonlarının ərazisində məhdud dairədə mövcud olub.  

Monitorinqlər zamanı zərərvericinin əhatə dairəsinin genişləndiyi və Avstraliya şırımlı yastıcasının Masallı rayonu ərazisində də yayıldığı müəyyən edilib.

Avstraliya şırımlı yastıcası akasiya, əncir, zeytun, ərik və s. meyvə ağaclarını güclü yoluxdurur. Həmçinin şırımlı yastıca meyvə ağacları ilə yanaşı sitrus bitkilərinə də ciddi zərər verir. Şırımlı Avstraliya yastıcası 52 növ bitkidə müşahidə olunub. Zərərverici Azərbaycan ərazisində limon, mandarin, apelsin, tut, zeytun ağaclarını yoluxdurur.

Adıçəkilən zərərverici Rusiyada, Qafqazın bütün Qara dəniz sahillərində, yeni Zelandiyada, Şərqi Asiyada, Amerikada və digər ölkələrdə də geniş yaylılıb. Şırımlı yastıca geniş yayılma potensialına malik olduğu üçün digər ölkələrə asanlıqla keçib. Zərərverici ilə mübarizə zamanı mütəxəssislərin iştirakı ilə kimyəvi üsullardan istifadə olunması tövsiyə edilir.

Son xəbərlər

Orphus sistemi