Antidepressant şəkər xəstəliyinə zəmin yaradır

Antidepressant şəkər xəstəliyinə zəmin yaradır Travma sonrası stress pozğunluğu diaqnozu qoyulan qadınlarda diabet riskinin artacağı təsdiqlənib
Sağlamlıq
9 Yanvar , 2015 20:15
Antidepressant şəkər xəstəliyinə zəmin yaradır

Bakı. 9 yanvar. REPORT.AZ/ Travmalardan sonra qəbul edilən streslə mübarizədə ən yaxşı vasitə olan antidepressant və həddindən artıq kökəlmək 2-ci qrup şəkər xəstəliyinə tutulmağa daha çox meyillik yaradır. 

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə elm adamları iddia irəli sürüb.

Kökəlməyə meyilli olan və çoxlu antidepressant istifadə etdiyinə görə travma sonrası stress pozğunluğu diaqnozu qoyulan qadınlarda diabet riskinin artacağı təsdiqlənib.

ABŞ-dakı Harvard Universitetinin elm adamları təxminən 50 min qadının 22 illik sağlamlıq göstəricilərini təhlil edib. Onlar belə qənaətə gəliblər ki, zorakılıq, təcavüz, qəza, eləcə də qohumunu itirən qadınların 2-ci qrup şəkər xəstəliyinə tutulma riskini iki qat artırır.

Həmçinin elm adamlarının araşdırmalarının nəticələri "Psychiatry" (Psixatriya) jurnalında dərc olunub.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2013-cü ildə yaydığı hesabatda adıçəkilən xəstəliyin müalicəsində dərmandan deyil, müalicə üsulundan istifadə etməyi təklif etmişdi.

Son xəbərlər

Orphus sistemi