Onkoloq Anar Əliyev: "Qalxanabənzər vəzin xərçəngi xəstələrinin ölümü bu xəstəlikdən olmur"

Onkoloq Anar Əliyev: "Qalxanabənzər vəzin xərçəngi xəstələrinin ölümü bu xəstəlikdən olmur" "Bütün xərçəng xəstələrinin təkrarlama ehtimalı 5 ildir"
Sağlamlıq
10 Sentyabr , 2015 13:04
Onkoloq Anar Əliyev: Qalxanabənzər vəzin xərçəngi xəstələrinin ölümü bu xəstəlikdən olmur

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Qalxanabənzər vəzin xərçəngi xəstəliyi 97 faiz hallarda təkrarlanmır". Bunu "Report"a müsahibəsində Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin həkimi, mərkəzin Radionuklid Terapiya şöbəsinin müdiri Anar Əliyev deyib.

O bildirib ki, əgər xəstələr radioaktiv yod müalicəsi də alırlarsa, təkrarlanma ehtimalı çox azdır: "Xəstəyə qalxanabənzər vəzin xəstəliyinin diaqnozu qoyulubsa, əməliyyat olunur. Radioaktiv yod müalicəsi alır. Bundan sonra müəyyən mərhələlərlə müayinələrdən keçir. Təqiblər normal olarsa, statistikaya görə xəstələrin 97 faizində xəstəlik sonradan təkrarlanmır. Bu xəstəliyin təkrarlanma proqnozu 30 il verilir. Normalda bütün xərçəng xəstələrinin təkrarlama ehtimalı 5 ildir. Amma qalxanabənzər vəzin xərçənginin xəstəlikləri düzgün müalicə olunduqda, proqnoz 10, 20, 30 il verilir. Bu, yeganə xərçəng xəstəliyi növüdür ki, 95-97 faiz hallarda tam müalicəsi var. Bu xəstələrin ölümü də xərçəngdən olmur. Xəstələr sadəcə qalxanabənzər vəzin digər xəstəliklərində olduğu kimi, dərman qəbul edirlər, amma nisbətən bir az yüksək dozalarda ". 

Son xəbərlər

Orphus sistemi