Yuxarı

AMEA zoonoz xəstəliklərinin tədqiqi ilə bağlı araşdırmalara başlayıb

AMEA zoonoz xəstəliklərinin tədqiqi ilə bağlı araşdırmalara başlayıb

Azərbaycanda yarasalarda yayılmış zoonoz xəstəliklərin tədqiqi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

Bildirilib ki, AMEA-nın Zoologiya İnstitutu və ABŞ-nın EcoHealth Alliance (EHA) təşkilatı arasında əməkdaşlıq haqqında imzalanan müqaviləyə əsasən, bu ilin sentyabr ayında Azərbaycanda yayılmış yarasalarda zoonoz xəstəliklərin tədqiqi ilə bağlı çöl işlərinə başlanılıb. Layihə biologiya üzrə fəlsəfə doktoru, yarasalar üzrə ekspert Nicat Həsənovun koordinatorluğu və Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının əməkdaşlarının bilavasitə iştirakı ilə həyata keçirilir.

Azərbaycanda çöl işləri 2019-2021-ci illər üçün planlaşdırılır. Tədqiqatlar zamanı yarasalar ilə əlaqədar virusları müəyyənləşdirmək məqsədilə fərdlərin canlı olaraq tutulması, onlardan oral və rektal yaxmaların, həmçinin qanad biopsiyası (DNT nümunəsi) və qan nümunələrinin götürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2019-cu ilin iyun ayında AMEA-nın Zoologiya İnstitutu və EHA təşkilatı arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. EHA - canlı təbiətin və ictimai sağlamlığın mühafizəsini həyata keçirən qlobal qeyri-kommersiya təşkilatıdır. Qurum 2017-ci ildə Qərbi Asiya Yarasalar üzrə Elmi-Tədqiqat Şəbəkəsi tərəfindən təsis edilib. EHA 40 ildən artıqdır ki, yaranan zoonoz xəstəliklər və qlobal sağlamlıq imkanlarının artırılması üzrə 30-dan artıq ölkədə yerli partnyorlarla elmi-tədqiqat işləri həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi