Alimlər koronavirusun insan üçün yeni təhlükələrini aşkarladılar

Alimlər koronavirusun insan üçün yeni təhlükələrini aşkarladılar Şimal-Qərb Universiteninin (ABŞ) alimləri koronavirusun insan orqanizmi üçün yeni təhlükəsini üzə çıxaran araşdırma aparıblar.
Sağlamlıq
13 İyun , 2020 08:43

Şimal-Qərb Universiteninin (ABŞ) alimləri koronavirusun insan orqanizmi üçün yeni təhlükəsini üzə çıxaran araşdırma aparıblar.

“Report” xəbər verir ki, məqalə "Annals of Neurology" nəşrində dərc olunub.

Alimlər müəyyən ediblər ki, COVID-19 insanın sınır sistemi üçün ciddi təhlükə törədir.

Araşdırmaya görə, koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin təxminən yarısı nevroloji təzahürlərdən, o cümlədən başgicəllənmədən, baş ağrısından, diqqəti cəmləşdirmək çətinliyindən, həmçinin zəiflikdən və insultdan əziyyət çəkirlər.

Koronavirus infeksiyası eyni zamanda xəstənin sinir sisteminə, onurğaya, beyinə, həmçinin xəstənin əzələlərinə təsir göstərə bilər. COVID-19 eləcə də beynin və onun qabığının bilavasitə infeksiyasına səbəb olur.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi