Yuxarı

​Alimlər gündüz yuxusunun sağlamlığa xeyli ziyan vurduğunu müəyyən ediblər

Nahardan sonra yatan insanlar yüksək qan təzyiqindən əziyyət çəkirlər

Bakı. 16 may. REPORT.AZ/ Nahardan sonra bir-iki saat mürgüləmək insan sağlamlığına xeyli ziyan vura bilər.

"Report" "The Telegraf"a istinadən xəbər verir ki, ABŞ-ın Minnesot ştatının Meyo klinikasından olan tədqiqatçılar bu qərara gəliblər.

Tədqiqatçılar öz işlərinin nəticələrini hər il keçirilən hipertoniyanın öyrənilməsi üzrə Amerika cəmiyyəti konfransında təqdim ediblər.

Mütəxəssislər müəyyən ediblər ki, gündüzlər yatan insanlar gecəyədək gümrah olan şəxslərdən 13-19 faiz daha çox yüksək qan təzyiqindən əziyyət çəkirlər.

Yüksək qan təzyiqi ürək tutması və iflic ilə nəticələnə biləcəyi ilə təhlükəlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi