Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Prezident
"Report" xəbər verir ki, ANAMA-nın direktoru Qəzənfər Əhmədov və agentliyin işçi heyətinin bir aylıq əmək haqqı olmaqla ümumilikdə 50 min manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edilib.
Yardımın edilməsində məqsəd COVID-19 pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, həmçinin yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına təhlükəli xəstəliklə mübarizədə öz dəstəyini göstərməkdir.