Baş həkimin müavini: "Ağdamda itdişləməyə görə xəstəxanaya müraciət edənlərin sayı artıb"

Baş həkimin müavini: "Ağdamda itdişləməyə görə xəstəxanaya müraciət edənlərin sayı artıb" Qara Qasımov: "Bu göstərici təhlükənin artan miqyasından xəbər verir"
Sağlamlıq
30 Yanvar , 2016 17:55
Baş həkimin müavini: Ağdamda itdişləməyə görə xəstəxanaya müraciət edənlərin sayı artıb

Bakı. 30 yanvar. REPORT.AZ/ "Son bir ayda 10 nəfər itdişləmə ilə bağlı Ağdam Mərkəzi rayon Xəstəxanasına müraciət edib". 

Bu barədə "Report"a Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Qara Qasımov məlumat verib.

O hesab edir ki, bu göstərici təhlükənin artan miqyasından xəbər verir: "Xəstəxanaya müraicət edənlərə quduzluq əleyhinə vaksin vurularaq evə buraxılıb".

Qeyd edək ki, son dövrlərdə Ağdamda sahibsiz itlərin sayı artıb. Bir çox hallarda insanlar itlərin hücumuna məruz qalır. Sonuncu dəfə belə faktlar rayonun Quzanlı qəsəbəsində və Üçoğlan kəndində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi