​ABŞ və Azərbaycanın birgə maliyyəsi hesabına İmişlidə yeni tibb məntəqəsi inşa olunub

​ABŞ və Azərbaycanın birgə maliyyəsi hesabına İmişlidə yeni tibb məntəqəsi inşa olunub Məntəqə minə yaxın sakinin gündəlik tibb xidmətlərinə çıxışını yaxşılaşdıracaq
Sağlamlıq
1 İyul , 2016 06:05
​ABŞ və Azərbaycanın birgə maliyyəsi hesabına İmişlidə yeni tibb məntəqəsi inşa olunub

Bakı. 1 iyul. REPORT.AZ/ İyunun 30-da İmişli rayonunun Gövhərli kənd sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat Nazirliyinin və Səhiyyə Nazirliyinin rəsmiləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər.

Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən EWMI təşkilatının texniki dəstəyilə, yerli və regional hökumət qurumları ilə birgə iş sayəsində həyata keçirilib. Nəticədə yararsız vəziyyətdə olan birotaqlı tibb məntəqəsi Gövhərli sakinlərinin səhiyyə ehtiyaclarını ödəyə biləcək yeni məntəqə ilə əvəzlənib. Müayinə və gözləmə otağı kimi istifadə olunan bir dəhlizdən ibarət yeni məntəqə icmanın 960-a yaxın sakinin gündəlik tibb xidmətlərinə çıxışını yaxşılaşdıracaq.

Ümumilikdə, EWMI/SEDA layihəsi Azərbaycanın 70 icmasında 110 minə yaxın insana fayda verərək 80 layihə həyata keçirib. SEDA proqramı vasitəsilə EWMI icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

Son xəbərlər

Orphus sistemi