2030-cu ildə 8 milyon insan siqaret və tütündən öləcək

2030-cu ildə 8 milyon insan siqaret və tütündən öləcək Siqaret hər 6 saniyədə bir can alır
Sağlamlıq
16 Fevral , 2015 11:19
2030-cu ildə 8 milyon insan siqaret və tütündən öləcək

Bakı. 16 fevral. REPORT.AZ/ "Türkiyədə ildə 120 min nəfər siqaretə bağlı xəstəliklər nəticəsində dünyasını dəyişir. Bu da gündə təxminən 300 nəfərin ölməsi deməkdir". "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Hacettepe Universitetinin Tibb Fakültəsinin həkimi İsmayıl Çelik deyib.

Onun sözlərinə görə, siqaret xərçəng xəstəliyi başda olmaqla bir çox xəstəliklərin yaranmasında əsas amil rolunu oynayır: "Tütün istifadəsi hər növ xərçəngi artırmaqla yanaşı, bu xəstəliyin yarısı tütün və tütün məmulatlarının istifadəsindən qaynaqlanır. Tütün və tütün məhsullarının istifadəsi ilk növbədə ağciyər xərçənginə, eləcə də qırtlaq, udlaq, qida borusu, ağız boşluğu, sidik kisəsinin, böyrək, mədəaltı vəzi, sidik yolları xərçənginə səbəb olur".

İ.Çelik, həmçinin qeyd edib ki, hər il dünyada 5 milyon insan siqaret səbəbindən tutulduğu xəstəlik nəticəsində dünyasını dəyişir: "Başqa sözlə desək, hər 6 saniyədə 1 adam ölür. Dünyada 15 yaşdan yuxarı 1,2 milyard insan siqaret çəkir. Bu rəqəmin 2025-ci ildə 1,6 milyarda çatması gözlənilir. 2030-cu ildə isə 8 milyon insanın siqaret və tütün istifadəsinə bağlı xəstəliklərdən öləcəyi ehtimal edilir. Ölüm hallarının 70 faizi inkişaf etməkdə olan ölkələrdə baş verəcək".

Son xəbərlər

Orphus sistemi