Yuxarı

2020-ci ildə dünya əhalisinin dərmana ödəyəcəkləri pulun miqdarı açıqlanıb

Gələcək 5 ildə xərçəng xəstəliyinin müalicəsi üçün bazara 225 yeni dərman vasitəsi çıxarılacaq

Bakı. 19 noyabr. REPORT.AZ/ 2020-ci ildə dünya əhalisinin yarıdan çoxunun istifadə edəcəyi dərmana ödəyəcəkləri pulun miqdarı 1,4 trilyon dollara çatacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Səhiyyə İnformasiya İnstitutu məlumat yayıb.

5 ildən sonra dərmanlar üçün xərclənən vəsait 30 faiz artacaq. 

Ən çox xərc tələb edən dərmanlar isə xərçəng xəstəliyi üçün olacaq. Xərçəngin müalicəsi üçün lazım olan dərmanlara ödənilən pulun miqdarı 5 ildə 110 milyard dollara çatacaq. İmmunitet xəstəlikləri ilə bağlı dərmanlara isə 60 milyard dollar xərclənəcək.

Hesabat xarakterli məlumatda o da qeyd olunub ki, gələcək 5 ildə xərçəng xəstəliyinin müalicəsi üçün bazara 225 yeni dərman vasitəsi çıxarılacaq.

Eyni zamanda, bu il qlobal dərman xərclərinin 1 trilyon 70 milyard dollar olacağı proqnozlaşdırılır.

Dərman xərclərində ilk yerdə 575 milyard dollarla (41 %) ABŞ qərarlaşacaq. Çinin isə 2020-ci ildə dərmanlara 165 milyard dollar xərcləməsi gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi