Azərbaycanda 2016-2019-cu illərdə səhiyyənin inkişafının əsas istiqamətləri açıqlanıb

Azərbaycanda 2016-2019-cu illərdə səhiyyənin inkişafının əsas istiqamətləri açıqlanıb Tibbi sığorta sisteminin yaradılması da nəzərdə tutulub
Sağlamlıq
24 Sentyabr , 2015 09:14
Azərbaycanda 2016-2019-cu illərdə səhiyyənin inkişafının əsas istiqamətləri açıqlanıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanda 2016-2019-cu illər ərzində 5 yaşadək uşaqlar və analar arasında ölüm hallarını azaltmaq, İİV/AİDS, eləcə də malyariya, vərəm, şəkərli diabet, ürək-damar və irsi xəstəlik hallarının yayılmasının qarşısını almaq və bu xəstəliklərlə əlaqədar ölüm hallarını azaltmaq sahəsində ardıcıl tədbirlər həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsinin zərfində, o cümlədən "2016-2019-cu illər üçün orta müddətli iqtisadi-sosial inkişaf konsepsiyası" sənədində bildirilib.

Konsepsiyaya əsasən, 2016-2019-cu illərdə səhiyyə sahəsində qarşıya qoyulan əsas məqsədlər ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, əhalinin sağlamlığının monitorinqinin genişləndirilməsi məqsədi ilə məlumat informasiya sisteminin təkmilləşdirilməsi, tibbi sığorta sisteminin yaradılması, səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılması, tibbi təhsilin islahatı və dövlət sanitariya-epidemioloji nəzarətin təkmilləşdirilməsi və fövqəladə vəziyyətlərə qarşı hazırlığın gücləndirilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi