Azərbaycanda 18 yaşadək ölən uşaqlar arasında oğlanlar üstünlük təşkil edir

Azərbaycanda 18 yaşadək ölən uşaqlar arasında oğlanlar üstünlük təşkil edir Ötən il bu yaşlarda 1597 oğlan, 1060 qız dünyasını dəyişib
Sağlamlıq
25 Avqust , 2017 20:45
Azərbaycanda 18 yaşadək ölən uşaqlar arasında oğlanlar üstünlük təşkil edir

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanda ötən il 18 yaşadək uşaqlar arasında 2657 ölüm halı qeydə alınıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu yaşadək ölənlərin 1597-si oğlan, 1060-ı qız olub.

Ümumiyyətlə, 0 yaşda 999 oğlan, 667 qız, 1 yaşda 106 oğlan, 80 qız, 2 yaşda 62 oğlan, 41 qız, 3 yaşda 44 oğlan, 26 qız, 4 yaşda 48 oğlan, 19 qız, 5 yaşda 27 oğlan, 17 qız dünyasını dəyişib.

17 yaşda dünyasını dəyişənlərin 45-i oğlan, 30-u qız olub.  

Son xəbərlər

Orphus sistemi