Yuxarı

ÜST: Azərbaycanda kişilər qadınlara nisbətən iki dəfə çox intihar edir

Son 10 il ərzində qadınlar arasında intihar halları 17,6% artıb

Bakı. 8 sentyabr. REPORT. AZ/ Azərbaycanda kişilər qadınlara nisbətən intiharı iki dəfə artıq törədirlər. Report-un verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) intiharların qarşısının alınmasına həsr olunmuş yeni məruzəsində deyilir. 

Məruzədə bir sıra ölkələrdə intihar halları sayının statistikası təqdim olunub. Belə ki, 2012-ci ilə olan məlumatlara görə, il ərzində Azərbaycanda 48 qadın və 106 kişi intihar edib. Kişilər və qadınlar arasında intihar saylarının bu cür korrelyasiyası dünyanın digər ölkələrinin əksəriyyətində müşahidə olunur. 

Bununla yanaşı, son 10 il Azərbaycanda  qadınlar arasında intihar halları 17,6% artıb, kişilər arasında isə 12,8% azalıb. 

Məruzəyə əsasən, Azərbaycanda intihar halları 50 yaşından yuxarı insanlar arasında daha geniş yayılıb. Belə ki, 15 yaşından 29 yaşınadək azərbaycanlı kişilər arasında intihar sayının götəricisi 2,1, 30-49 yaş kişilərdə 2,9, 50-69 yaşlarda kişilərdə 4,1 və 70 yaşından yuxarı kişilərdə 6,6% təşkil edib. 15 yaşından 29 yaşınadək olan qadınlar üçün bu göstərici 1,2, 30 yaşından 49 yaşınadək qadınlar üçün 0,8, 50-69 yaş qadınlar üçün 1,3 və 70 yaşından yuxarı qadınlar üçün  4,3% təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi