Zərdabda yeni tibb məntəqələri istifadəyə verildi

Zərdabda yeni tibb məntəqələri istifadəyə verildi Zərdabın iki kəndində yeni tibb məntəqələri istifadəyə verilib.
Sağlamlıq
27 İyun , 2020 04:55
Zərdabda yeni tibb məntəqələri istifadəyə verildi

Zərdabın iki kəndində yeni tibb məntəqələri istifadəyə verilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Məlikumudlu və İsaqbağı kəndlərində tibb məntəqələri üçün yeni binalar artıq istifadədədir.

2019-cu ilin dekabrında inşasına başlanan hər iki bina Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində tikilib. Layihə Yaponiya hökumətinin dəstəyi ilə Konstitusiya Araşdırmaları Fondu tərəfindən icra olunub.

Sakinlər tibb məntəqələri üçün yeni binaları Yaponiya və Azərbaycan arasında dostluq və əməkdaşlıq hədiyyəsi kimi dəyərləndirirlər.

Son xəbərlər

Orphus sistemi