Zaur Əliyev: "İcbari tibbi sığorta ilə bağlı bütün sənədlər sentyabrda təsdiqlənməlidir"

Zaur Əliyev: "İcbari tibbi sığorta ilə bağlı bütün sənədlər sentyabrda təsdiqlənməlidir" “Hazırda bütün tibb məntəqələrində icbari tibbi sığortanın gələn ildən tətbiqi ilə bağlı hazırlıq işləri aparılır.
Sağlamlıq
11 İyul , 2019 11:44
Zaur Əliyev: İcbari tibbi sığorta ilə bağlı bütün sənədlər sentyabrda təsdiqlənməlidir

“Hazırda bütün tibb məntəqələrində icbari tibbi sığortanın gələn ildən tətbiqi ilə bağlı hazırlıq işləri aparılır".

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırlıq işləri əsasən xəstəxanalarda informasiya texnologiyaları infrastrukturunun qurulması, sığortalılar xəstəxanaya gəldiyi halda onların qeydiyyatının elektron şəkildə aparılması və göstərilmiş xidmətlər barədə məlumatların elektron şəkildə agentliyə göndərilməsi ilə bağlıdır. Bunun əsasında agentlik ödənişi həyata keçirə biləcək. 

"Bu istiqamətdə hər hansı gecikmə müşahidə olunmur, intensiv formada bütün ölkə üzrə xəstəxanalarda iş gedir. Digər məsələ tibb işçilərin yeni əmək haqlarının, bonuslarının hesablanması, tariflər, xidmətlər zərfidir, bütün bunlar hamısı hazır vəziyyətdədir. Düşünürük ki, yaxın bir ay ərzində bu razılaşmalar bitdikdən sonra artıq təsdiq olunması üçün göndəriləcək. Təxminən sentyabr ayında bütün sənədlər təsdiqlənməlidir", - Z.Əliyev əlavə edib. 

Son xəbərlər

Orphus sistemi