Zaur Əliyev: “Gələn il icbari tibbi sığorta 4 mərhələli şəkildə tətbiq olunacaq”

Zaur Əliyev: “Gələn il icbari tibbi sığorta 4 mərhələli şəkildə tətbiq olunacaq” “İstər tibb müəssisələrinin tibbi heyəti, istərsə də əhali prosesin həyata keçirilməsi üçün görülən hazırlıq işlərini yüksək səviyyədə dərk edə bilmirdilər. Bu da başa düşüləndir. Çünki əhali tam şəkildə bu xidmətdən istifadə etməyib”.
Sağlamlıq
25 Noyabr , 2019 16:22
Zaur Əliyev: “Gələn il icbari tibbi sığorta 4 mərhələli şəkildə tətbiq olunacaq”

“İstər tibb müəssisələrinin tibbi heyəti, istərsə də əhali prosesin həyata keçirilməsi üçün görülən hazırlıq işlərini yüksək səviyyədə dərk edə bilmirdilər. Bu da başa düşüləndir. Çünki əhali tam şəkildə bu xidmətdən istifadə etməyib”.

“Report” xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev parlamentdə “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Agentlik prosesin mürəkkəbliyini nəzərə alaraq hökumət qarşısında gələn il ölkədə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi məsələsini qaldırıb: “Təklif 2020-ci ildə ölkə üzrə prosesin 4 mərhələli şəkildə həyata keçirilməsidir. Belə ki, I rübdə şimal hissəsi üzrə 20 rayon, II rübdə qərb bölgəsi üzrə 17 rayon, III rübdə cənub bölgəsində 14 rayon, IV rübdə isə Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu icbari tibbi sığortadan yararlanacaq. Bununla da 2020-ci ilin sonuna kimi bütün ölkədə icbari sığortanın tətbiqi nəzərdə tutulur”. 

Son xəbərlər

Orphus sistemi