Yunan epidemioloqu COVID-19-un yeni növünü təhlükəli hesab etmir

Yunan epidemioloqu COVID-19-un yeni növünü təhlükəli hesab etmir “Böyük Britaniyada aşkar olunmuş koronavirusun mutasiya olunmuş növü COVID-19-dan bir qədər daha yoluxucudur”.
Sağlamlıq
23 Dekabr , 2020 02:24
Yunan epidemioloqu COVID-19-un yeni növünü təhlükəli hesab etmir
0 : 00
0 : 00

“Böyük Britaniyada aşkar olunmuş koronavirusun mutasiya olunmuş növü COVID-19-dan bir qədər daha yoluxucudur”.

“Report”un məlumatına görə, bunu yunan epidemioloqu, Afina Kapodistrias Universitetinin tibb fakültəsinin dosenti, koronavirusla mübarizə üzrə ekspert Qikas Mayorkinis deyib.

Onun sözlərinə görə, koronavirusun mutasiya olunmuş növü vaksinasiya planlarına təsir etməyəcək:

“Əsas fərziyyə bir az daha yoluxucu olmasıdır. Virus daim nəzarətdədir, bütün lazımi tədbirlər görülür. Qeyd etmək lazımdır ki, koronavirus ilk dəfə sentyabr ayında müəyyən edilib. Lakin mutasiyanın daha əvvəl olmasına dair göstərişlər mövcuddur. Hər halda, az miqdarda infeksiya artımı fərziyyəsi təsdiqlənsə də, bu mövcud planı (koronavirusla mübarizə - Red) dəyişdirmir”.

Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın Baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib.

Bundan sonra 20-dən çox ölkə Britaniya ilə nəqliyyat əlaqələrini ləğv etməyə və ya məhdudlaşdırmağa qərar verib.

ÜST-dən həmçinin Niderland və Avstraliyada da koronavirusun yeni ştammının aşkar olunduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi