Azərbaycanda yoluxma ailə və qohumlar arasında daha çox qeydə alınıb

Azərbaycanda yoluxma ailə və qohumlar arasında daha çox qeydə alınıb "Sonuna yaxınlaşdığımız may ayı ərzində COVID-19 infeksiyasına yoluxma hallarının səviyyəsinin ölkə əhalisi arasında sabitləşmə və dinamik azalma tendensiyası müşahidə olunub və yoluxmalar ailə və qohumluq əlaqəsi olan insanlar arasında daha çox qeydə alı
Sağlamlıq
172
27 May , 2021 12:08
Azərbaycanda yoluxma ailə və qohumlar arasında daha çox qeydə alınıb

"Sonuna yaxınlaşdığımız may ayı ərzində COVID-19 infeksiyasına yoluxma hallarının səviyyəsinin ölkə əhalisi arasında sabitləşmə və dinamik azalma tendensiyası müşahidə olunub və yoluxmalar ailə və qohumluq əlaqəsi olan insanlar arasında daha çox qeydə alınıb".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Vaqif Abdullayev deyib.

O qeyd edib ki, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə ölkənin COVID-19 infeksiyasına görə epidemioloji durumunu sabit qiymətləndirmək olar.

V.Abdullayev əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə vaksinasiyanın roluna xüsusi önəm verilir: "Ölkədə qəbul olunmuş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq bu ilin yanvar ayının 18-dən peyvənd kampaniyasına başlanıb. Hazırda ölkəmizdə ümumilikdə iki milyondan artıq doza peyvənd istifadə edilib, 880 min nəfərdən çox insan 2-ci, yəni tam peyvəndi alıb".

 Vaqif Abdullayev
Vaqif Abdullayev

Son xəbərlər

Orphus sistemi