Yeni ildə Quba rayonunda ilk körpə dünyaya gəlib

Yeni ildə Quba rayonunda ilk körpə dünyaya gəlib O, Hüseynovların ailəsinə sevinc bəxş edib
Sağlamlıq
1 Yanvar , 2017 01:30
Yeni ildə Quba rayonunda ilk körpə dünyaya gəlib

Quba. 1 yanvar. REPORT.AZ/ 2017-ci ildə Quba rayonunda ilk körpə dünyaya gəlib.

Quba Perinatal Mərkəzindən "Report"un Şimal bürosuna verilən məlumata görə, 00:03 radələrində anadan olmuş ilk körpə Quba şəhəri, Memar Əcəmi, ev 32 ünvanında yaşayan Hüseynovların ailəsinə sevinc bəxş edib. Atası Hüseynov Azər İsmət oğlu, anası isə Hüseynova Aynur Elman qızıdır. Anadan olmuş uşaq qızdır, o, sağlamdır.

2016-cı il dekabrın 31-dən 2017-ci il yanvarın 1-nə keçən gecə saat 23:45 radələrində isə Quba rayonunda sonuncu körpə anadan olub. Quba şəhəri, ev 81 ünvanında yaşayan İlyasovlar ailəsinə sevinc bəxş edən oğlan uşağı saat 19:00 radələrində anadan olub. Onun çəkisi 3,6 kiloqram, boyu 0,50 santimetrdir.  

Son xəbərlər

Orphus sistemi