Yem satışı mağazasında nöqsanlar aşkar olunub

Yem satışı mağazasında nöqsanlar aşkar olunub Qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb
Sağlamlıq
22 Aprel , 2021 15:14
Yem satışı mağazasında nöqsanlar aşkar olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Ağsu şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən, fiziki şəxs Həmidov Xalis Şükür oğluna məxsus yem satışı mağazasında yoxlama keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı mağazada məhsulların texniki normativ hüquqi aktların tələblərinə uyğun saxlanmadığı, həmçinin temperatur rejiminə əməl olunmadığı aşkar edilib.

Eyni zamanda çalışan işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, müəssisədə sanitar norma və qaydalara əməl edilmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, icrası məcburi olan göstərişlər verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Son xəbərlər

Orphus sistemi