YAP həkimlərə tibbi ləvazimatlar hədiyyə edib

YAP həkimlərə tibbi ləvazimatlar hədiyyə edib Yeni Azərbaycan Partiyası (YAP) koronavirusla mübarizə çərçivəsində humanitar aksiyalarını bu gün də davam etdirməkdədir.
Sağlamlıq
1002
27 İyul , 2020 16:39
YAP həkimlərə tibbi ləvazimatlar hədiyyə edib

Yeni Azərbaycan Partiyası (YAP) koronavirusla mübarizə çərçivəsində humanitar aksiyalarını bu gün də davam etdirməkdədir.

"Report" xəbər verir ki, mart ayından etibarən başlanmış kampaniya çərçivəsində YAP bu gün də dəhşətli pandemiyanın qarşısının alınması məqsədilə dövlətin həyata keçirdiyi tədbirlərə ciddi və önəmli dəstəyini nümayiş etdirir.

Yeni Azərbaycan Partiyasının pandemiya əleyhinə mübarizə çərçivəsində təşkil etdiyi növbəti aksiya səhiyyə işçilərinə yardımın həyata keçirilməsi olub.

Belə ki, YAP bu gün səhiyyə işçilərinin COVID-19 ilə mübarizəsində, xəstələrin müalicəsinin daha rahat təşkilində onlara kömək məqsədilə hər birindən 1 000 ədəd olmaqla, üz sipəri, qoruyucu maska və birdəfəlik geyimləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təhvil verib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə qeyd edib ki, dünyanı cənginə alan bu bəlaya qarşı mübarizə aparmaq üçün özümüzün və ətrafımızdakıların  sağlamlığının qeydinə qalmaq, ruhdan düşməmək, çətinliklərin öhdəsindən gəlmək üçün səyləri birləşdirmək vacibdir.

A.Mirzəzadə bildirib ki, bu gün dünyanın hər yerində, o cümlədən Azərbaycanda pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparmaq üçün özünü riskə atan həkimlərdir, bu işin ən böyük yükü məhz onların üzərinə düşür.

Son xəbərlər

Orphus sistemi