“Yanğın zamanı 200 nəfər vaxtında təxliyə edilib” - RƏSMİ

“Yanğın zamanı 200 nəfər vaxtında təxliyə edilib” - RƏSMİ Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb
Sağlamlıq
287
2 Mart , 2018 11:25
“Yanğın zamanı 200 nəfər vaxtında təxliyə edilib” - RƏSMİ
Report

Bakı. 2 mart. REPORT.AZ/ Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda deyilir: "Martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Xəstəxanada müalicə alan və tibbi personaldan ibarət 200-ə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk!"

Son xəbərlər

Orphus sistemi