Xərçəng xəstəliyinin müalicəsində mikroskopik "əl bombaları"ndan istifadə olunacaq

Xərçəng xəstəliyinin müalicəsində mikroskopik "əl bombaları"ndan istifadə olunacaq Kapsul xərçəng xəstəlikli hüceyrələrə birbaşa təsir edir
Sağlamlıq
1 Noyabr , 2015 16:28
Xərçəng xəstəliyinin müalicəsində mikroskopik əl bombalarından istifadə olunacaq

Bakı. 1 noyabr. REPORT.AZ/ İngilis elm adamları xərçəng xəstəliyinin müalicəsində birbaşa şişi hədəfə alan mikroskopik "əl bombaları" hazırlayıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bədənin temperaturu yüksəldikdə xırda kapsul "əl bombası" kimi partlayır və hüceyrələrə birbaşa təsir edir.

Yeni kapsulu icad edən alimlərdən biri Kostas Kostarelos bildirib ki, icad olunan yağ kisəcikləri normal bədən istiliyində içərisindəki mayeni itirmədən daxildə hərəkət edir: "Həmin vasitə hüceyrələrə çatdıqda kənardan istilik veririk. Şişin temperaturu 42 dərəcəyə çatanda kapsul partlayaraq içindəki mayeni buraxır. Bu günə qədər dəri, baş və boyun bölgəsindəki şişlərdə uğurlu nəticələr əldə etmişik".

Son xəbərlər

Orphus sistemi