Xaçmazda qanunsuz işləyən market aşkarlanıb

Xaçmazda qanunsuz işləyən market aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Sağlamlıq
20 Dekabr , 2021 11:02
Xaçmazda qanunsuz işləyən market aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Xaçmaz şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, Məhərrəmov Zakir Sabir oğluna məxsus “Ailə market” pərakəndə satış müəssisəsində yoxlama keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı marketdə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, məhsulların saxlanılması zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinə, temperatur rejiminə əməl olunmadığı, mal qonşuluğu prinsipinin gözlənilmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Son xəbərlər

Orphus sistemi