Vitamin kompleksilə təmin olunan COVID-19 xəstələrinin sayı açıqlanıb

Vitamin kompleksilə təmin olunan COVID-19 xəstələrinin sayı açıqlanıb "Yoluxmanın ilk simptomları müşahidə olunarsa, dərhal “814” Çağrı Mərkəzi və ya birbaşa sahə həkimi ilə əlaqə saxlamaq lazımdır".
Sağlamlıq
3 Noyabr , 2020 14:41
Vitamin kompleksilə təmin olunan COVID-19 xəstələrinin sayı açıqlanıb

"Yoluxmanın ilk simptomları müşahidə olunarsa, dərhal “814” Çağrı Mərkəzi və ya birbaşa sahə həkimi ilə əlaqə saxlamaq lazımdır".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi nəzdində olan işçi qrupunun üzvü Sevda Məmmədova deyib.

O, testin nəticələri pozitiv olan təqdirdə həmin şəxsin təcrid olunmasının, onunla bir mənzildə yaşayan ailə üzvlərinin isə bu rejimə riayət etməsinin olduqca vacib olduğunu vurğulayıb: "Testi pozitiv çıxan simptomsuz və yüngül simptomlu evdə müalicə alan vətəndaşlar xüsusi vitamin kompleksi ilə təmin olunur. Sahə həkimləri tərəfindən həmin xəstələrlə gündə iki dəfə əlaqə saxlanılır və vəziyyətləri müşahidə olunur. Evdə olan COVID-19 xəstələri yalnız vitaminlər kompleksi vasitəsi ilə müalicə olunur, digər dərman və tibbi müdaxilə həyata keçirilmir. Həmçinin ölkəmizdə 8 000-dən artıq evdə müalicə almış COVID-19 xəstəsinin vitamin kompleksi ilə təmin olunub. Sözügedən vitamin kompleksinə C və D vitaminləri, Sink, Selenium, Maqnezium və Parasetamol daxildir. Bu preparatlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır və pasiyentlər tərəfindən 15-20 gün ərzində qəbul edilir".

Son xəbərlər

Orphus sistemi