Vərəm xəstəliyinin müalicəsində yeni molekul tapılıb

Vərəm xəstəliyinin müalicəsində yeni molekul tapılıb Yeni icad son 40 ildə tapılan ilk molekuldur
Sağlamlıq
26 Mart , 2015 15:19
Vərəm xəstəliyinin müalicəsində yeni molekul tapılıb

Bakı. 26 mart. REPORT.AZ/ Belçikalı və fransız elm adamları vərəm xəstəliyinin müalicəsində bir çox dərmana müqavimət göstərən yeni molekul kəşf ediblər. "Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, alimlər yeni molekulu 10 illik tədqiqatdan sonra əldə ediblər.

Alimlər "Bedakilin" adlı yeni molekulun vərəmin müalicəsində ciddi bir problemləri və bir çox dərmanlardan asılılığı olan insanlarda müsbət nəticə verdiyinin şahidi olublar. Həmçinin, yeni icad son 40 ildə tapılan ilk molekuldur.

Bundan başqa, Amerika Qida və Dərman İdarəsi (FDA) artıq həmin molekul üçün razılıq verib. Yeni tapıntı vərəmin müalicəsində uğurlu və xəstəliklə bağlı meydana çıxan arzuolunmaz nəticələri aradan qaldırır. .

Qeyd edək ki, vərəm yoluxucu xəstəlik. Bu xəstəlik hazırda dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı statistikaya görə, hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi var və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan vərəmdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümünün 20 faizi vərəmdən baş verirdi.

Son xəbərlər

Orphus sistemi